"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, o, Ukraynanın "Zarya" (Luqansk) və Norveçin "Budyo Qlimt" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, dekabrın 9-da Zaporojye şəhər stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.