
Ötən ay koronavirusa yoluxmuş Almaniya millisinin və "Bavariya"nın futbolçusu Yozua Kimmix üçün müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Sportnet.az xəbər verir ki, buna baxmayaraq 26 yaşlı müdafiəçinin müalicəsi davam etdiriləcək. Peyvənd olunmaqdan imtina edən oyunçunun ağciyərlərində iltihab yaranıb. Bu səbəbdən onun ən azı 2022-ci ilin yanvarınadək müalicə alacağı bildirilib.
"Bavariya" klubu mövsümün əvvəlində açıqlanan protokola görə, peyvənd olunmaq istəməyən Kimmixə komanda ilə məşqlərə başlayanadək maaş ödəməyəcək.