"Bazel"ə qarşı oyunlarda heç də onlardan zəif çıxış etmədik. Hər iki matçda şans rəqibin yanında idi. Düşünürəm ki, iki görüşə nəzər salsaq, bizim daha yaxşı kollektiv olduğumuzu görmək olar".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmaması barədə "CBC Sport" telekanalında yayımlanan "Bizim futbol" verilişində qonaq olarkən deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, qol sayılsaydı, rəqib daha açıq futbol oynayacaqdı və bu da Ağdam klubunun işini asanlaşdıracaqdı: "İlk 30 dəqiqədə hesab tam fərqli olmalı idi. Zubirin son zərbəsi zamanı hakim epizoda diqqətlə baxırdı. Görübsə, yan xətt hakiminin fikrini dəyişə bilərdi. Ümumiyyətlə, "Bazel"ə simpatiya ilk turlardan hiss olunurdu. Bu, səhv deyildi, ədalətsizlik idi. Hər şey ortadır. 44 günlük müharibədən sonra avrokuboklarda "Qarabağ" adına qarşı aqressiya hiss edirəm. Buna bir çox nümunə gətirə bilərik. Yəqin ki, nə vaxtsa əllərini üzlərinə qoyub düşünərlər".