
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakı klubunun heyətində qolları 37-ci dəqiqədə Pərviz Azadov, 47-ci dəqiqədə Rəhman Hacıyev və 80-ci dəqiqədə penaltidən Felipe Santos vurub. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Cəmaləddin Xocaniyazov fərqlənib.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
--------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası son ölkə çempionu "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərinin qolunu 28-ci dəqiqədə Rafael Utriq, qonaqların qolunu isə 39-cu dəqiqədə Emin Mahmudov vurub. Mahmudov 54-cü dəqiqədə penaltidən yararlana bilməyib. 89-cu dəqiqədə "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Xallarının sayını 26-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Neftçi" 22 xalla "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. Tura dekabrın 16-da oynanılacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
---------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilin son turu iki qarşılaşma ilə başlayacaq.
Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək. Meydan sahibləri 25 xalla 2-ci, qonaqlar isə 21 xalla 4-cü pillədə qərarlaşıb.
Komandalar çempionatda 52 dəfə üz-üzə gəlib. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. 12 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların fərqində də "ağ-qaralar""ın üstünlüyü var - 77:64. "Neftçi" 17 oyundur ki, rəqibi ilə görüşdə meydanı qolsuz tərk etmir. "Qəbələ" isə son 10 Premyer Liqa matçında qalib gələ bilməyib.
Günün ikinci oyununda "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 12 xalla 6-cı, paytaxt klubu 11 xalla 7-ci yerdədir. Çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri meydanı 3 xalla tərk edib. 10 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də "Keşlə" üstündür - 51:37. Buna baxmayaraq, bu il ölkə kubokunun finalında "Sumqayıt"a qalib gələn komanda çempionatdakı son 4 matçda qələbə qazana bilmir. "Gənclik şəhəri" təmsilçisi isə evdəki 4 qarşılaşmada 3 xala həsrət qalıb.
Azərbaycan Premyer Liqası, XIV tur
16:00. “Qəbələ” – “Neftçi” - 1:1
Qol: Rafael Utriq, 28 - Emin Mahmudov, 39
Qeyri-dəqiq penalti: Emin Mahmudov, 54
Qırmızı vərəqə: Ruan Renato, 89
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu,
19:00. “Sumqayıt” – “Keşlə” - 1:3
Qollar: Cəmaləddin Xocaniyazov, 84 - Pərviz Azadov, 37. Rəhman Hacıyev, 47. Felipe Santos, 80 (pen.)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”
Qeyd edək ki, tura dekabrın 16-da oynanılacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.