"Qarabağ"ın və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev qarın nahiyəsindən əməliyyat olunub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, tibbi müdaxilə Almaniyada gerçəkləşib. Əməliyyat uğurla keçib.
27 yaşlı oyunçu gələn ildən məşqlərə qoşulacaq.