
Polşa "Legiya"sının yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşəcək.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək.
Vukoviç 24 yaşlı forvardın komandada qalmasını və qış fasiləsində Dubaya təlim-məşq toplanışına yollanmasını istəyir.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.