Türkiyə Super Liqasının son çempionu "Beşiktaş"la ölkə kubokunun finalçısı "Antalyaspor" arasında Superkubok oyunu Qətərdə keçiriləcək.
Sportnet.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2022-ci il yanvarın 5-də paytaxt Dohadakı "Əhməd Bin Əli" stadionunda oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.