İspaniyanın "Real Madrid" və "Barselona" klubları Almaniya "Bavariya"sının futbolçusu Korentin Tolissonu heyətinə qatmaq istəyir.
Sportnet.az "El Nacional” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı fransalı yarımmüdafiəçi Kataloniya təmsilçisinin sıralarına qoşulmağa daha çox meyillidir.
Qeyd edək ki, Tolissonun Münhen təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.