İtaliya millisinin və Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiper təcrid olunub.
Əvəzində ispaniyalı futbolçu Xuan Bernatın koronavirus testi mənfi çıxıb və sabah məşqlərə davam edəcək.
Bu mövsüm Donnarumma PSJ-nin heyətində bütün yarışlarda 11 oyun keçirib.