
Türkiyə Super Kubokunun növbəti qalibi məlum olub.
Sportnet.az xəbər verir ki, Qətərdə keçirilmiş həlledici matçda “Beşiktaş” və “Antalyaspor” komandaları qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçın taleyi penaltilər seriyasında müəyyənləşib.
Zərbələri daha dəqiq yerinə yetirən “Beşiktaş” daha üstün olub: 4:2.