Polşanın "Legiya" klubu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanan futbolçularının adlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 35 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. Klub Emrelinin yanvarın 5-də gerçəkləşmiş ilk məşqi buraxdığını da diqqətə çatdırıb.
5 oyunçunun COVID-19-a yoluxmaları səbəbindən təcrid olunduqları, 2-nin isə zədə üzündən komandaya yanvarın 14-də qoşulacaqları vurğulanıb.
Xatırladaq ki, bu gün start götürən Dubay toplanışı yanvarın 22-dək davam edəcək.