
Fransanın "Lion" klubunun futbolçusu Bruno Gimarayns İngiltərə "Nyukasl"ına keçib.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilədək müqavilə bağlanılıb. Braziliyalı oyunçunun vətənində bağlanılmış sözləşmənin dəyəri 40 milyon avrodur. Daha 2 milyon avro bonus kimi nəzərdə tutulub. Onunla "Arsenal" da maraqlanırdı.
Qeyd edək ki, Lion Bruno Gimaraynsı 2020-ci ildə "Atletiko Paranaense"dən 20 milyon avroya alıb. Bu mövsüm "sambaçı" 25 oyunda 6 məhsuldar ötürmə ilə yadda qalıb.