"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın "Marsel" klubunun nümayəndəsi Felipe Saad Bakıdadır.
Sportnet.az-ın məlumatına görə, funksioner hazırda Ağdam təmsilçisinin "Keşlə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu tribunadan izləyir.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.