"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel"in fevralın 27-də Fransa Liqa 1-də "Trua"ya qarşı keçirməli olduğu XXVI tur oyununun başlama saatı dəyişdirilib.
Sportnet.az Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 16:00-da deyil, saat 20:05-də başlayacaq.
Fevralın 24-də Bakıda Ağdam klubunun qonağı olacaq "Marsel" məsafənin uzaqlığını və yol yorğunluğunu nəzərə alaraq LFP-yə müraciət etmişdi. Qurum müvafiq araşdırmalardan sonra kluba müsbət cavab verib.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə keçirəcək.