
"Neftçi"nin futbolçusu Huqo Basto zədələnib.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı müdafiəçi "Qarabağ"a qarşı Premyer Liqanın XV tur matçında ayağından xəsarət alıb.
Görüşü davam etdirə bilməyən oyunçu 68-ci dəqiqədə Sezar Meza Kolli ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab Ağdam klubunun xeyrinədir - 2:0.