
“Səbail” klubu qapıçısı Nail Alışovla yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, gənc qolkiperin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Qarşılıqlı razılıq əsasında futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, daha əvvəl "Səbail"in təcrübəli qapıçısı Kamran Ağayev karyerasını bitirib. Onun əvəzinə "Zirə"dən ayrılan Rəşad Əzizli "Neftçi"nin üzvü kimi icarəyə götürülüb.