"Neftçi"nin futbolçusu Azər Əliyev Azərbaycan milli komandasında oynamaq üçün yaxın günlərdə AFFA-ya müraciət edəcək.
Bu barədə Sportnet.az-a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, müvafiq sənədlərin yığılma prosesi artıq başa çatıb: "Hər şey hazır idi, sadəcə, doğum haqqında şəhadətnaməsinin arxivdən tapılması qalmışdı. Azər artıq 2 dəfə AFFA-da olub. Azərbaycanlı olması ilə bağlı sənəd istəmişdilər, onları hazırlayırdı. Bu gün və ya sabah federasiyaya rəsmi müraciət edəcək".
Qeyd edək ki, son klubu Rusiya "Ufa"sı olan 28 yaşlı Azər Əliyev "Neftçi" ilə 3,5 illik müqavilə imzalayıb.