Türkiyə Super Liqasında XXV turun mərkəzi görüşü "Trabzonspor" və "Konyaspor" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Trabzon şəhərindəki "Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qalib komandadan qolları Edin Vişça 13-cü və 67-ci dəqiqələrdə vurub. Qonaqların təsəlli qoluna isə Sokol Çikaleşi imza atıb.
Bununla da 25 oyundan 60 xal toplayan "Trabzonspor" liderliyini daha da möhkəmlədib. "Konyaspor" isə 24 oyundan 48 xalla 2-ci pillədə yer alıb.