İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviç Ukraynadakı vəziyyət üzündən bir günə 778 milyon avro itirib.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, Evraz" poladəritmə qrupunun səhmləri London fond birjasında 29 faiz enib. Səhmdarlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan ehtiyatlanıblar.
Abramoviç "Çelsi"ni 2003-cü ildə satın alıb. Ötən müddətdə "zadəganlar" 4 dəfə İngiltərə çempionu, hərəyə 2 dəfə Çempionlar Liqası və Avropa Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə Liqa Kubokunun və 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub.
Daha əvvəl bir sıra ölkələrin öv vətəndaşlarına təhlükəsizliklə əlaqədar Ukraynanı təcili tərk etməyi düşündüklərinə dair xəbərlər yayılıb.