
UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”a Fransada 3:1 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra “Marsel”ə qarşı intizam işi açıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yerli klub tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və tamaşaçı keçidlərinin bloklanmasına görə ittiham edilir.
İntizam işi ilə bağlı qərarın tarixi daha sonra müəyyənləşəcək.
Oyun zamanı azarkeşlər Ermənistan bayrağı və qondarma rejimin əski parçasını nümayiş etdirərək, separatçı bannerlər nümayiş etdiriblər.
Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.