Niderland "Ayaks"ı sabiq futbolçusu Abdelhak Nuriyə 7,85 milyon avro təzminat ödəyəcək.
Sportnet.az xəbər verir ki, Amsterdam təmsilçisi 2017-ci ildə Almaniya "Verder"inə qarşı yoldaşlıq matçında infarkt keçirərək huşunu itirən Mərakeş əsilli yarımmüdafiəçinin ailəsi ilə uzun müddət davam edən danışıqlardan sonra bu qərara gəlib.
Paytaxt klubu həmin hadisədən sonra komaya düşən oyunçu ilə müqaviləni 2020-ci ildə pozmuşdu. "Ayaks" sözləşməyə vaxtından əvvəl xitam verdiyi üçün futbolçuya kompensasiya ödəməyə razılaşıb.
Qeyd edək ki, Abdelhak Nuri komadan 2 il 8 ay sonra ayılıb.