UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransa "Marsel"i Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, Marsel təmsilçisini gətirən təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Komandanın baş məşqçisi Xorxe Sampaoli Azərbaycan paytaxtına 22 futbolçu gətirib.
Qonaqlar heç bir açıqlama vermədən onlar üçün ayrılmış avtobusa minərək yol polisinin müşayiəti ilə qalacaqları otelə yollanıblar. "Marsel"i Bakıdakı qarşılaşmada Fransadan gələcək 200-ə yaxın azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb.