Bakıda "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa gələcək azarkeşləri sürpriz gözləyir.
Sportnet.az-ın məlumatına görə, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, fevralın 24-də gerçəkləşəcək "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlanacaq.