
"Sonuncu oyundan sonra yenə çalışırıq. Bu məğlubiyyət barədə danışmışıq. "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Fransanın "Marsel" klubunun futbolçusu Bubakar Kamara Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.