
"Qəbələ" futbol komandasının ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk azərbaycanlılara təşəkkür edib.
Sportnet.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis "report"a müsahibəsində deyib.
Qriqorçukun sözlərinə görə, müharibə başladıqdan dərhal sonra Azərbaycandan ona xeyli tanış insan zəng edərək, Ukraynanın yanında olduğunu bildirib: "Adlarını bir-bir sadalaya bilməyəcəyəm. Çünki sayları olduqca çoxdur. Onlar dəstək və qayğılarını ifadə, köməkliklərini təklif etdilər. Hər birinə böyük minnətdarlığımı bildirirəm. Belə bir anda insanlardan bu cür sözlər eşitmək çox xoş oldu. Çox sağ olsunlar".
Qeyd edək ki, Roman Qriqorçuk 2014-cü ilin dekabrından 2018-ci ilin mayınadək "Qəbələ"nin baş məşqçisi olub. Onun rəhbərliyi dövründə "qırmızı qaralar" gümüş və iki dəfə bürünc medallar, həmçinin ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Roman Qriqorçukun müsahibəsini ətraflı şəkildə buradan oxuya bilərsiniz.