
“Neftçi” klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Sportnet.az-ın məlumatına görə, “Ana harayı” abidəsi ziyarət edilib.
Ziyarətdə klubun prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, baş məşqçi Samir Abasov və kapitan Emin Mahmudov başda olmaqla, komandanın futbolçuları iştirak edib.