İtaliyanın "Yuventus" klubunun futbolçusu Denis Zakariya iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportnet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Empoli"yə 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVII tur oyununda zədələnib.
Oyunçu sol ayağından xəsarət alıb.
Qeyd edək ki, Denis Zakariya yanvarda Almaniyanın "Borussiya" (Münhenqladbax) klubundan Turin təmsilçisinə keçib. İsveçrəli futbolçu 5 matçda 1 qolla yadda qalıb.