"Keşlə"nin futbolçusu Felipe Santos zədələnib.
Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi evdə "Qarabağ"a qarşı keçirilən Premyer Liqanın XVII tur matçında əzələsini dartıb.
25 yaşlı oyunçu 45-ci dəqiqədə Rəhman Daşdəmirovla əvəzlənib.
Qeyd edək ki, "ASK Arena"da keçirilən matçda ilk hissə oynanılır və hesab açılmayıb.