2022-ci ilin ilk iki ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçular açıqlanıb.
Sportnet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Qətərin "Əl Sədd" klubunun hücumçusu Əkrəm Afif və "Əl-Duhail"in forvardı Maykl Olunqa 10 qolla siyahıya başçılıq edir.
Hindistan "Haydarabad"ından nigeriyalı Bartolomyu Oqbeçe, Almaniya "Bavariya"sından Robert Levandovski və Xorvatiya "Hayduk"undan Marko Livaya 9 qolla növbəti sıraları bölüşdürür.
Siyahıda ümumilikdə 54 oyunçu yer alıb. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan heç kim iki ay ərzində 6 qola imza atmadığından, siyahıya düşə bilməyib.