"Qurban Qurbanov Azərbaycan futbolunda nümunəvi baş məşqçidir. Həm səbrli, həm də təmkinli şəxsdir".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın sabiq baş məşqçisi Ayxan Abbasov baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı feyr-pley jesti barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis bildirib ki, Qurbanov ədaləti sevən və qoruyan insandır: "Çünki futbol aqressiv oyundur. Qarşılaşma ərzində o qədər aqressiv olursan ki, həmin anda bəzi səhvlər edə bilərsən. Bunu məşqçilər və futbolçular da edə bilər. Amma Qurban Qurbanov həmişə ədaləti qorumağa çalışıb. Mən inanmıram ki, ondan başqa hansısa baş məşqçi belə oyunda bu cür etsin. Hansı ki, komandaya qələbə lazımdır və qol vurmaq istəyirsən. Qurban müəllim həmişə bizə nümunə olub. Azərbaycan futbolunda sözünü deyən və yerli mütəxəssislərin hörmətini qaldıran şəxsdir. Qurban Qurbanovdan bu hərəkəti gözləyirdim, amma inanmıram ki, başqa kimsə bu məqamda belə qərar versin".