
Rusiya Futbol İttifaqı (RFS) UEFA və FIFA-nın ölkənin bütün milli komandalarını və klublarını bütün yarışlardan kənarlaşdırmaqla bağlı qərarına görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, RFS iddia ərizəsində məsələyə tez baxılmasını tələb edib.
RFS UEFA və FIFA-nın qərarının heç bir hüquqi əsasının olmadığını vurğulayıb.
Qeyd edək ki, FIFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.