"Bizim üçün çox önəmli qələbə idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, son matçlarda pis oyun sərgilməsələr də, nəticə qazana bilmirdilər: "Buna görə də son dəqiqələrdə qalib gəlmək həm xal, həm də mental baxımdan çox dəyərlidir".
O, ikinci hissədə ciddi zədə alan Elvin Camalovun durumuna da toxunub: "Beyni silkələnib vı qaşı açılıb. Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün bizə əlavə müayinələr və vaxt lazımdır".
39 yaşlı baş məşqçi qələbə topunun müəllifi olan ukraynalı Zurab Oçiqavanın ölkəsindəki müharibəyə baxmayaraq, psixoloji vəziyyətinin yerində olduğunu söyləyib: "Bundan əvvəlki oyunu buraxmışdı. Çətinliklə adaptasiya olurdu. Hazırda valideynləri yaxşıdır. Bu gün bizim üçün vacib qolu vurdu".
Musayev sonda "ASK Arena"da sonuncu ev oyununu keçirən və Şamaxıya kçən "Keşlə"ni təbrik edib.