
"Qəbələ" klubunun futbolçusu Omar Hani səfərdə "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçında zədələnib.
Sportnet.az-ın məlumatına görə, iordaniyalı yarımmüdafiəçi 6-cı dəqiqədə ayağında ağrılar hiss edib. 23 yaşlı oyunçu çıxışını davam etdirsə də, meydanda çox qala bilməyib. Nəticədə o, 10-cu dəqiqədə əvəzlənərək, yerini Ülvi İsgəndərova buraxıb.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.