"Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında (2:0) zədə almış "Neftçi"nin futbolçusu Xəyal Nəcəfovun durumuna aydınlıq gəlib.
Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, MRT müayinəsindən keçən 25 yaşlı yarımmüdafiəçinin ayağında sınıq-çıxıq olmasa da, şiş var: "Hazırda müalicə gedir. Prosedur bir həftə davam edəcək. Şiş çəkilsə, bundan sonra yavaş-yavaş məşqlərə başlayacaq".
Qeyd edək ki, Xəyal Nəcəfov matçın fasiləsində əvəzlənib.