Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib. Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 30-cu dəqiqədə Abdullah Zubir vurub.
Bundan 4 dəqiqə əvvəl isə "Qarabağ"ln cinah oyunçusu Total Bayramov zədələnərək, meydanı tərk edib. Onu daha bir gənc futbolçu Elvin Cəfərquliyev əvəzləyib.
60-cı dəqiqədə isə "Sabah"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə sinəsində ağrılar hiss edərək, meydanı tərk etməli olub. O, yerini Slavuk Alxasova verib.
İkinci hissədə ən real qol vəziyyəti 81-ci dəqiqədə yaranıb. Qonaqların legioneri Kadi Borgesin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə dəyərək, yerə düşüb. Baş hakim oyunu davam etdirib.
Bu qələbə sayəsində xalını 43-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlənib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. "Sabah" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Səbail"i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
--------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını 17-ci dəqiqədə Pərviz Azadov, 21-ci dəqiqədə Rəhman Hacıyev, 90+5-ci dəqiqədə isə Turan Vəlizadə vurub.
"Dənizçilər"in əsas futbolçularından hesab edilən Yurgen Qoca zədələndiyi üçün oyuna sonadək davam edə bilməyib. 30 yaşlı müdafiəçi epizodların birində rəqib qapıçı Stanislav Namaşko ilə toqquşub. Albaniya oyunçu tibbi müayinədən sonra matça dönsə də, sonradan görüşə davam edə bilməyib və Məhəmməd Mirzəbəyovla əvəzlənib.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Keşlə" 6-cı sırada qalıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər oyununda lider "Qarabağ" "Sabah"ın qonağı olacaq. Tura 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edəcək. Hazırda meydan sahibləri sonuncu - 8-ci pillədə qərarlaşıbsa, qonaqlar 15 xalla 6-cı sıradadır.
Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 7-də "Səbail", 5-də "Keşlə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "dənizçilər" öndədir - 20:17. Qonaqlar çempionatdakı son 4 görüşdə rəqibinə uduzmayıb. Bayıldakı son üç matçda hər iki komanda qol vurub.
Günün ikinci qarşılaşmasında 23 xalla 5-ci sırada gedən "Sabah" 40 xalla lider olan "Qarabağ"la üz-üzə gələcək. Çempionatdakı əvvəlki 13 oyunun 10-da Ağdam klubu qələbə qazanıb. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində də "köhlən atlar" aşkar üstünlüyə malikdir - 27:5. "Qarabağ” Premyer Liqadakı son 6 oyunda qalib gəlib.
Azərbaycan Premyer Liqası, XIX tur
12 mart (şənbə)
16:45. “Səbail” – “Keşlə” - 0:3
Qol: Pərviz Azadov, 17. Rəhman Hacıyev, 21. Turan Vəlizadə, 90+5
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”
19:00. “Sabah” – “Qarabağ” - 0:1
Qol: Abdullah Zubir, 30
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
Qeyd edək ki, tura 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.