Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun səfərdə "Hayduk"a qarşı keçirəcəyi Xorvatiya I liqasının XXVII tur oyunu üçün start heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu meydana start "11-liy"ində çıxacaq. Bu, forvardın ölkə çempionatında ikinci matçı olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda 53 xalı olan "Dinamo" "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Hayduk" isə 48 xalla 4-cü sırada qərarlaşıb.