Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Yunanıstanın AEK klubunun sükanı arxasına keçə bilər.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis hazırda bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.
Afina təmsilçisinin hazırda işsiz olan 53 yaşlı baş məşqçi ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, son klubu Türkiyə "Denizlispor"u olan Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.