"Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçı təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, buna Qəbələyə yağan güclü qar səbəb olub.
Qarşılaşma martın 14-də saat 12:30-da qaldığı yerdən - 65-ci dəqiqədən davam etdiriləcək.
--------------------------------
"Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçında məcburi fasilə elan edilib.
Sportnet.az-ın məlumatına görə, buna Qəbələyə yağan güclü qar səbəb olub.
Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda ot örtüyünün qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.
Qeyd edək ki, görüşdə hesab açılmayıb.