Feliks Maqat Almaniyanın "Herta" futbol komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın Berlin klubunun rəsmi saytına istinadən məlumatına görə, 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. O, yeni vəzifədə Tayfun Korkutu əvəzləyib. Türkiyəli mütəxəssis Bundesliqada ötən turun Mönhenqladbax "Borussiya"sına 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra istefaya göndərilib.
Maqatın sonuncu iş yeri 2017-ci ildə tərk etdiyi Çinin "Şandun Tayşan" komandası olub. O, Almaniyada "Ştutqart", "Bavariya", "Volfsburq", "Şalke" kimi klublarda çalışıb, 3 dəfə Bundesliqanın, hərəyə 2 dəfə Almaniya Kuboku və Liqa Kubokunun qalibi olub.
Qeyd edək ki, Bundesliqada 26 turdan sonra "Herta" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.