Azərbaycan Premyer Liqasının XIX turunda "Qarabağ"la oyunda zədələnən "Sabah"ın futbolçusu Bəxtiyar Həsənalızadənin durumu açıqlanıb.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 30 yaşlı müdafiəçinin MRT müayinəsinin nəticəsinə əsasən qabırğalararası əzələsində kiçik yırtıq aşkarlanıb.
Həsənalızadə bu səbəbdən, XX turda "Səbail"lə qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə "Qarabağ"ın oyunçusu Filip Ozobiçlə toqquşmadan sonra sinəsində ağrı hiss edib. O, həkim müdaxiləsindən sonra matça qayıtsa da, daha sonra əvəzlənməli olub. 60-cı dəqiqədə müdafiəçinin yerinə meydana Slavik Alxasov daxil olub.