Futbol üzrə Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XIX turundakı "Qəbələ" - "Zirə" görüşünə təsadüf edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.
Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” - 89, “Keşlə” - 70, “Bakı” - 62, “Şüvəlan” - 54, “Turan” - 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.
Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.