Xorvatiya Futbol İttifaqı yığmanın futbolçusu Deyan Lovrenin Rusiyanın "Zenit" klubunda oynamasını istəmir.
Sportnet.az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, qurum 32 yaşlı müdafiəçini Sankt-Peterburq təmsilçisi ilə müqaviləni ləğv etməyə razı salıb.
Klubun məsələdən xəbərdar olduğu, lakin buna təsir edə bilmədiyi bildirilib.
Qeyd edək ki, Deyan Lovren 2020-ci ildən "Zenit"də çıxış edir. Müdafiəçi 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.