UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya "Vilyarreal"ının qapıçısı Xeronimo Rulyi layiq görülüb.
30 yaşlı argentinalı qolkiper səsvermədə Portuqaliya "Benfika"sından Darvin Nunyesi, İspaniya "Atletiko" (Madrid) komandasından Kokeni və İngiltərənin "Çelsi" klubundan Kristian Pulişiçi geridə qoyub.
Qeyd edək ki, "Vilyarreal" İtaliyada "Yuventus"a 3:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. İspaniyadakı ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı - 1:1.