"Şahdağ" futbol komandası Region Liqasından kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, buna Quba təmsilçisinin çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəb olub.
"Şahdağ" Region Liqası oyunlarının 50%-ni keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.