Ukrayna millisinin və Donetsk "Şaxtyor"unun sabiq futbolçusu Aleksey Baxaryov dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, veteran yarımmüdafiəçi 45 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.
Son vaxtlar Donetskdə yaşayan mütəxəssis "Şaxtyor"un keçmiş uşaq məktəbində çalışırdı.
Qeyd edək ki, Rusiya vətəndaşlığı da olan Aleksey Baxaryov həm bu ölkənin yığmasında, həm də Ukrayna millisində 1 oyun keçirib.