"Neftçi" klubunun 85 illik yubileyi ilə əlaqədar "Bakcell Arena"da böyük banner quraşdırılıb.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ"yə qarşı Premyer Liqanın XX tur oyunu öncəsi stadionuna yerləşdirilmiş pankartda komandanın sabiq və hazırkı kapitanları - Anatoli Banişevski ilə Emin Mahmudovun fotoları yer alıb. Bannerin üzərində "Biz tarixin özüyük!" sözləri yazılıb.
Bundan başqa, "ağ-qaralar" əyalət təmsilçisi ilə matçda meydana klassik forma ilə çıxıb. Qarşılaşmanın start fitindən öncə qonaq komanda qonaq komannda rəqibinə xüsusi hədiyyə təqdim edib. "Qəbələ"nin baş məşqçisi, vaxtilə "Neftçi"də çıxış etmiş Elmar Baxşıyevin geyindiyi 8 nömrəli "Neftçi" forması E.Mahmudova verilib.
Oyunda topa ilk toxunuşu komandanın veteran futbolçusu Çingiz İsmayılov edib. O, topu klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanova ötürüb. Daha sonra isə top "Neftçi" akademiyasının gənc üzvünə göndərilib.
Qeyd edək ki, hazırda ilk hissə oynanılır və "Neftçi" hesabda öndədir - 2:0.