“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlığa sabah start verəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə səfər oyunundan sonra (0:4) üçgünlük istirahətə buraxılan komanda Bakıda bir araya gələcək. “Qırmızı-qaralar” gündə bir dəfə olmaqla, Bakı Olimpiya Stadionunda məşq keçəcək.
"Qəbələ” fasilə müddətində bir yoxlama oyunu keçirəcək. Komanda martın 27-də “Zirə” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 17:00-da başlayacaq.