Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubundan ayrıla bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Aue təmsilçisinin prezidenti Helge Leonhardt açıqlama verib.
II Bundesliqada çıxış edən komanda 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir. Bunu nəzərə alan klub rəhbərliyi heyətlə bağlı dəyişikliklərə hazırlaşır.
Leonhardtın sözlərinə görə, Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın da məsələləri açıq olaraq qalır: "Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildir".
Qeyd edək ki, Dmitri Nazarov 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.