İngiltərə Premyer Liqasında cari mövsümün ən sürətli futbolçusu bəlli olub.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, "Çelsi"nin müdafiəçisi Antonio Rüdiger bütün rəqiblərini qabaqlayıb. Almaniyalı arxa xətt oyunçusunun "Brayton"a qarşı XX tur matçında sürəti saatda 36,6 km olub.
2-3-cü yerləri qış fasiləsində "Vulverhempton"u İspaniya "Barselona"sına dəyişmiş Adama Traore və "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah bölüşdürür. Hər ikisinin bu mövsümdəki maksimum sürəti saatda 36,6 km-ə çatıb
Ən sürətli oyunçuların siyahısında həmçinin "Liverpul"dan İbrahima Konate (36,2 km/saat), "Aston Villa"dan Olli Votkins və "Lester"dən Patson Daka (hər ikisi 36,1 km/saat) yer alıblar.