İngiltərə millisinin və "Tottenhem" klubunun sabiq futbolçusu Cermeyn Defo karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
Defo 22 illik futbol karyerasının ardından bu addımı atmağın çətin olduğunu bildirib. Forvard indiyədək oynadığı komanda yoldaşlarına, məşqçilərinə və klub əməkdaşlarına təşəkkür edib.
Qeyd edək ki, Defo "Tottenhem"dən başqa İngiltərədə "Sanderlend" və Şotlandiyada "Reyncers" klubunun da formasını geyinib.